PMD Hospitality Group böyük məmnuniyyətlə Uyqar Koçaşın Baş İcraçı Direktor və İdarə Heyətinin Sədri təyin edilməsini elan edir.
ABŞ və Türkiyədə 25 ildən çox təsirli təcrübəyə malik olan Uyqar Koçaş öz biliyini və qlobal təcrübəsini PMD Hospitality Group-a gətirir. PMD Hospitality Group-a qoşulmazdan əvvəl Uyqar JW Marriott Istanbul Bosphorus və Sheraton İstanbul Şəhər Mərkəzi otellərinin Baş Meneceri vəzifəsində çalışıb və yeni strategiyalar həyata keçirərək yüksək maliyyə göstəriciləri nümayiş etdirib. O qonaqpərvərlik sahəsində karyerasının 12 ildən çox müddətini The Marmara Hotels Collection-da rəhbər vəzifəsində çalışıb və burada biznes nəticələrinin artmasında, xidmət səviyyələrinin və məhsul keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayıb. Strateji brend baxışı və müstəsna qonaqpərvərlik təcrübələrinin mükəmməl şəkildə həyata keçirilməsi ilə tanınan Uyqar, peşəkar karyerası müddətində Marriott International Türkiyə-Azərbaycan İşbirliyi Şurasının sədri kimi də fəaliyyət göstərmişdir.
Uyqar Koçaş yeni vəzifəsini şərh edərkən deyib: “PMD Hospitality Group-un Baş Direktoru vəzifəsini qəbul etmək böyük həyəcan və fərqli məhsuliyyətdir. Qonaqlarımız biznesimizin ürəyi, işçilərimiz isə onun ruhudur. Bizi rəqiblərimizdən fərqləndirən, bizim bənzərsiz lütfkar, fövqəladə isti və qonaqpərvər azərbaycanlı ruhumuzdur. Otellərimiz özlüyündə bir təyinat məntəqəsinə çevirmək məqsədi ilə biz sürətlə böyüyən tibbi turizm və sağlamlıq istirahət sektorlarında imkanlar axtararaq yerli olaraq üstün, qlobal miqyasda genişlənəcəyik. Bizim iş yeri mədəniyyətimiz qarşılıqlı hörmət, xeyirxahlıq və zəhmətkeşlik olacaq; burada hər birimiz ortaq məqsədlərimizə nail olmaq üçün bərabər səlahiyyətə malikik. ”
Uyqar Koçaş yeni vəzifəsində PMD Hospitality Group-un mövcud brend portfelinə, eləcə də gələcək rebrendinq layihələrinə rəhbərlik edəcək. O, şirkətin böyüməsinə, Qrupun milli ruhunun həmçinin əməliyyat səmərəliliyinin artırılmasına, yeni tərəfdaşlıqlar və rəqəmsal innovasiyalar vasitəsilə qonaq təcrübəsinin inkişafına rəhbərlik edəcək.
Uyqar boş vaxtlarında idmanla, xüsusən də qaçışla məşğul olmağı çox sevir. O, müsiqi ilə yanaşı, gitarada ifa eləməyi bacarır. Lakin hər şeydən əvvəl, o, ailəsi və uşaqları ilə vaxt keçirib onların qayğısına qalmaqdan zövq alır.
Uyqara yeni rolunda və gözəl Azərbaycana təyinatında uğurlar arzulayırıq!